Kiyevin meri: "Şəhərin bir hissəsini təxliyə etməyə məcbur olacağıq"
Tarix: 23-11-2022 14:04 | Bölmə: Dünya
Kiyevin meri: "Şəhərin bir hissəsini təxliyə etməyə məcbur olacağıq"

“Hadisələr ən pis ssenari üzrə davam edərsə, Kiyevin bir hissəsinin əhalisini təxliyə etməyə məcbur olacağıq”.

Bunu Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Kiyevdə ən soyuq qış gözlənilir.

Mer bildirib ki, havanın gözlənilən aşağı temperaturu ilə yanaşı, Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin geniş miqyasda kəsilməsi ilə əlaqədar Kiyev sakinləri ən pis ssenariyə hazır olmalıdır.

V.Kliçko vurğulayıb ki, hökumət istəməsə də, şəhərin bir hissəsini təxliyə etməyə məcbur olacaq.

O, Rusiya Prezidenti Vladimir Putini mülki infrastrukturlara zərbə endirməkdə ittiham edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər