Ərdoğan: "Türkiyə terrorçuları cəzalandırmaq gücünə malikdir”
Tarix: 23-11-2022 14:08 | Bölmə: Dünya
Ərdoğan: "Türkiyə terrorçuları cəzalandırmaq gücünə malikdir”

"İstanbuldakı terror aktına kimlərin “timsah göz yaşları” tökdüyü Suriya və İraqda başlatdığımız yeni antiterror əməliyyatında üzə çıxdı. Bunu onların əməliyyatımıza münasibəti göstərdi”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, İstanbulda terror aktını törədən şəxslər tapılıb və ədalətə təslim edilib: "Hadisədə əli olan hər kəsi müəyyən edəcəyik. Terrorun intiqamı alınacaq. Türkiyə artıq terrorçuları müəyyənləşdirmək, onları cəzalandırmaq gücünə malikdir”.

Prezident qeyd edib ki, təyyarələrlə, PUA-larla aparılan əməliyyatlar sadəcə başlanğıcdır.

Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".

Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}