Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”
Tarix: 24-11-2022 00:06 | Bölmə: Dünya
Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

BelTA xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı KTMT-nin sammitində danışıb.

Belarus lideri deyib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: "Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər