Prezidentin andiçmə mərasimi keçirilib
Tarix: 26-11-2022 10:50 | Bölmə: Dünya
Prezidentin andiçmə mərasimi keçirilib

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.

Reyting.az
-ın xəbərinə görə, Astanadakı Müstəqillik Sarayında keçirilən andiçmə mərasimində çıxış edən Kasım-Jomart Tokayev deyib:

“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verməyə, Qazaxıstan Respublikası Prezidentinin mənə həvalə edilmiş yüksək vəzifələrini vicdanla yerinə yetirməyə təntənəli and içirəm”.

Prezidentin andiçmə mərasiminin şərəfinə dövlət himni səsləndirilib. Tədbir zamanı Mərkəzi Seçki Komissiyasının sədri yeni seçilmiş Qasım-Jomart Tokayevə Qazaxıstan Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Qasım-Jomart Tokayevin andiçmə mərasimində hökumət üzvləri, parlamentin deputatları, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də digər dəvət olunmuş qonaqlar iştirak edirlər.

Qeyd edək ki, noyabrın 20-də Qasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində qalib gəlib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}