Rusiyalı biznesmen helikopterdə ölüb
Tarix: 28-11-2022 11:09 | Bölmə: Dünya
Rusiyalı biznesmen helikopterdə ölüb

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

Məlumata görə, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatıladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Şirkətlər qrupuna maliyyə və təhsil şirkətləri daxildir. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər