16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Narışkin: "Polşa Ukraynanın qərbindəki torpaqları ilhaq etməyə hazırlaşır"
Tarix: 30-11-2022 15:56 | Bölmə: Dünya
Narışkin: "Polşa Ukraynanın qərbindəki torpaqları ilhaq etməyə hazırlaşır"

"Polşa Qərbi Ukrayna torpaqlarının ilhaqına hazırlığı sürətləndirir".

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin RİA Novosti-yə müsahibəsində bildirib.

“Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlar göstərir ki, Varşava Qərbi Ukrayna torpaqlarının: Lvov, İvano-Frankivsk vilayətlərinin və Ternopol vilayətinin əksər hissəsinin ilhaqına hazırlığı sürətləndirir”, - deyə Narışkin qeyd edib.

Onun sözlərinə görə, Polşa rəhbərliyi NATO-nun yüksək rütbəli tərəfdaşlarının qış aylarında təkcə ukraynalıların deyil, həm də polyakların maraqlarına zidd olaraq Moskva ilə danışıqlara cəhd edəcəyindən ehtiyat edərək fəal və israrlı hərəkət etməyi qarşısına məqsəd qoyub.

Narışkin qeyd edib ki, Polşa prezidenti Duda müvafiq xidmətlərə Polşanın Qərbi Ukraynaya iddialarına tez bir zamanda rəsmi əsaslandırma hazırlamağı tapşırıb. Onun sözlərinə görə, davam edən arxiv araşdırmalarının başlanğıc nöqtəsi 1943-cü il Volin qırğınıdır/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}