ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır
Tarix: 15-12-2022 11:49 | Bölmə: Dünya
ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya idarə olunmayan təyyarə sursatlarını “ağıllı bomba"lara çevirən qabaqcıl elektron avadanlıq göndərməyi planlaşdırır.

Bu barədə ABŞ-ın "The Washington Post" nəşri yazıb.

Bildirilib ki, bu silah Rusiyanın hərbi mövqelərini yüksək dəqiqliklə vura bilər.

Məlumata görə, ABŞ ordusu əvvəllər bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.

Vurğulanıb ki, “ağıllı bombalar”ın Ukraynaya çatdırılması Rusiya qüvvələrinin hücumlarının dəf edilməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də tammiqyaslı işğalın başlanmasından bu günədək ABŞ Ukraynaya təxminən 20 milyard dollar dəyərində təhlükəsizlik yardımı göstərib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}