Türkiyədə terror: 8 polis, bir mülki şəxs yaralanıb
Tarix: 16-12-2022 13:08 | Bölmə: Dünya
Türkiyədə terror: 8 polis, bir mülki şəxs yaralanıb

Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində 8 polis, bir mülki şəxs yaralanıb.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb.

Hadisə ilə bağlı danışan nazir Süleyman Soylu deyib ki, partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar.

Onun sözlərinı görə, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub: “O əməlini etiraf edib. Məlum olub ki, həmin şəxsin qardaşı terror təşkilatının üzvü olub. O, 2014-cü ildə zərərsizləşdirilmişdi”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}