Rusiyanın nazirlərinə və nüfuzlu şəxslərinə sanksiya tətbiq olunub
Tarix: 16-12-2022 23:16 | Bölmə: Dünya
Rusiyanın nazirlərinə və nüfuzlu şəxslərinə sanksiya tətbiq olunub

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiya paketində bir neçə nazirə və nüfuzlu şəxslərə qarşı sanksiya tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalı məlumat yayb.

İttifaq fövqəladə hallar naziri Aleksandr Kurenkov, mədəniyyət naziri Olqa Lyubimova, təhsil naziri Sergey Kravtsova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Siyahıda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov və Nikita Mixalkovun da adı var.

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Həmçinin, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına qarşı sanksiyalar tətbiq edilib.

Sanksiya siyahısına Rusiyanın mədəniyyət, təhsil, elm və təhsil nazirləri daxildir.

Bundan başqa, sanksiya siyahısına elm və ali təhsil naziri Valeri Falkov, təbii sərvətlər naziri Aleksandr Kozlov, əmək naziri Anton Kotyakov və ədliyyə naziri Konstantin Çuyçenko da daxildir.

Avropa İttifaqı həmçinin Vahid Rusiya, Liberal Demokrat Partiyası, Rusiya Federasiyası Kommunist Partiyası və Yeni Xalq Partiyasına qarşı da sanksiyalar tətbiq edib.

Ümumilikdə 174 nəfər və təşkilat yeni sanksiyalara məruz qalıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər