Kəşfiyyat: “TikTok ABŞ-ın təhlükəsizliyinə real təhlükədir”
Tarix: 17-12-2022 11:39 | Bölmə: Dünya
Kəşfiyyat: “TikTok ABŞ-ın təhlükəsizliyinə real təhlükədir”

Çin tətbiqi TikTok-un populyarlığı Vaşinqtonda narahatlığa səbəb olur.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

Onun sözlərinə görə, TikTok ABŞ-ın milli təhlükəsizliyinə real təhlükə yarada bilər:

"Düşünürəm ki, bu tətbiq hökumət üçün əsl narahatlıqdır. Mən məmurların çoxunun fikrini bölüşürəm. Tik-Tok Çin tətbiqidir və bu, o deməkdir ki, Çin hökuməti asanlıqla ABŞ-dan olan istifadəçilərin məlumatlarına daxil ola, sosial şəbəkədəki məzmuna nəzarət edə bilər".

Bundan əvvəl ABŞ Senatı TikTok-un federal hökumətin elektron cihazlarına quraşdırılmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Tətbiqdən istifadə Corciya, Texas, Alabama, Şimali və Cənubi Dakota ştatlarında qadağan edilib.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər