Yunanıstan təhlükəli əməliyyatları dayandırmır
Tarix: 17-12-2022 15:53 | Bölmə: Dünya
Yunanıstan təhlükəli əməliyyatları dayandırmır

Şərqi Aralıq dənizi böhranı üçün daha çox silahlanan və Türkiyənin ABŞ-dan “F-16” təyyarəsi almasına mane olmağa çalışan Yunanıstan müttəfiqləri ilə Egey dənizində növbəti dəfə təhlükəli əməliyyata başlayıb.

Reyting.az
xəbər verir ki, Ankaranın NATO müttəfiqi ABŞ-dan 40 yeni “F-16” təyyarəsi və 80 modernləşdirmə dəsti alması ilə bağlı texniki danışıqlar tamamlanıb. Döyüş təyyarələrinin satışına mane olmayan müdafiə büdcəsi NDAA da Konqresin təsdiqini alıb.

2020-ci ilin yayından etibarən Fransadan “Rafale” qırıcıları və döyüş gəmiləri alan, eləcə də İsraildən pilotsuz uçuş aparatları icarəyə götürən Afina rəhbərliyi isə “F-35” təyyarəsi almaq üçün ABŞ-a müraciət edib.

Demək olar ki, hər həftə ABŞ ordusu ilə təlim keçən Yunanıstan üçün bu həftənin ünvanlarından biri də Krit adasındakı məşhur Suda bazası olub. Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros və ABŞ-ın Afinadakı səfiri Corc Tsunis iki ölkənin xüsusi təyinatlı əsgərlərinin iştirak etdiyi “terror” təlimini izləyiblər.









Bölməyə aid digər xəbərlər
bütün xəbərlər