Belçika vətəndaşlarını İranı tərk etməyə çağırıb
Tarix: 19-12-2022 00:31 | Bölmə: Dünya
Belçika vətəndaşlarını İranı tərk etməyə çağırıb

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər