Çavuşoğlu: "İsveç və Finlandiyadan konkret addımlar istəyirik"
Tarix: 20-12-2022 17:49 | Bölmə: Dünya
Çavuşoğlu: "İsveç və Finlandiyadan konkret addımlar istəyirik"

"Biz İsveç və Finlandiyadan gəlişi gözəl sözlər eşitmək istəmirik, konkret addımlar görmək istəyirik”.

“CNNTurk” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bülent Keneşi İsveçin ekstradisiya etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ş FETÖ-çu jurnalist Bülent Keneşin Türkiyəyə təhvil verilməməsi çox pis nəticədir.

Nazir qeyd edib ki, İsveç xarici işlər naziri dekabrın 22-də Ankaraya səfər edəcək: "Bizim görüşlərimiz olacaq”/Report.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə verib. Üzvlük üçün Türkiyə onların qarşısında terrorçuların təhvil verilməsi şərtini irəli sürüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər