14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
ABŞ Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib
Tarix: 21-12-2022 01:40 | Bölmə: Dünya
ABŞ Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

ABŞ administrasiyası Gürcüstan hakimiyyətini respublikanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır.

Reyting.az
xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertləri tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir.

Onlar (Gürcüstan rəsmiləri) təbii ki, onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}