Paşinyan: "Rusiya Ermənistanın ittifaq dövlətinə daxil olmasını təklif edə bilməz"
Tarix: 10-01-2023 12:57 | Bölmə: Dünya
Paşinyan: "Rusiya Ermənistanın ittifaq dövlətinə daxil olmasını təklif edə bilməz"

“Təbii ki, Ermənistanın İttifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan heç bir təklif almayıb və ola da bilməzdi”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, reallıq göründüyü qədər sadə deyil: “Bizim üçün, ümumiyyətlə, suverenlik və müstəqillik müstəsna dəyərdir. Bunu təmin etmək üçün hər şeyi etməyi özümüzə borc bilirik”/Report.

Paşinyan daha sonra deyib ki, ölkədə baş verən hər şeyə görə hakimiyyət və hökumət məsuliyyət daşıyır.

O bildirib ki, həm nailiyyətlərə, həm də uğursuzluqlara görə mövcud hökumət məsuliyyət daşıyır: “Mən heç vaxt məsuliyyətdən yayınmıram. Buna görə də 2021-ci ildə növbədənkənar parlament seçkilərinə getdim”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər