İmran Xanın həbsinə order verilib
Tarix: 11-01-2023 18:41 | Bölmə: Dünya
İmran Xanın həbsinə order verilib

Pakistanın keçmiş baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının digər liderlərinin həbsinə order verilib.

"Daily Pakistan” qəzetinin yazdığına görə, keçmiş Baş nazir və onun partiya yoldaşları məhkəmə sistemini təhqir etməkdə ittiham olunurlar. Onlar həbsdən yayına, girov müqabilində azadlıqda qala bilərlər.

İmran Xan və yoldaşları Seçki Müşahidə Komissiyası və ölkənin Ali Məhkəməsi qarşısındakı dinləmələrə gəlməkdən imtina ediblər. Həm bu, həm də hakimiyyəti təhqir etmələri səbəbindən Ali Məhkəmə Seçki Nəzarəti Komissiyasına İmran Xan və digər müxalif siyasətçilərin həbsinə order verməyə icazə verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər