İƏT Ermənistanın Qarabağda təbii sərvətləri qanunsuz istismarı barədə bəyanat yayıb
Tarix: 11-01-2023 20:37 | Bölmə: Dünya
İƏT Ermənistanın Qarabağda təbii sərvətləri qanunsuz istismarı barədə bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarı barədə bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, bəyanata əsasən, ekoloji standartlara lazımi diqqət yetirilmədən faydalı qazıntı yataqlarının işlənilməsi beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulması olmaqla yanaşı, həm də ciddi və haqlı narahatlıq doğurur: "Baş Katiblik bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bununla bağlı səylərini yüksək qiymətləndirir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər