Ukraynada 7 min dinc sakin öldürülüb
Tarix: 14-01-2023 09:07 | Bölmə: Dünya
Ukraynada 7 min dinc sakin öldürülüb

Müharibə Ukraynada 7 min dinc sakininin ölümünə səbəb olub. Reyting.az xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

O, fevral ayından indiyədək 11 mindən çox mülki vətəndaşın xəsarət aldığını bildirib.

DiKarlo əlavə edib ki, müharibə başlayandan bir neçə milyon insan evini tərk etməli olub. Onların təxminən 7,9 milyonu Avropa ölkələrinə gedib.

Dəyən zərərə gəlincə, BMT hazırda Ukraynanın mülki infrastrukturuna dəyən zərərin həcmini qiymətləndirməyi yekunlaşdırmaq üzrədir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər