İngiltərə məhkəməsi iki şirkətin aktivlərinə həbs qoyub
Tarix: 16-01-2023 19:58 | Bölmə: Dünya
İngiltərə məhkəməsi iki şirkətin aktivlərinə həbs qoyub

Odessa Taxıl Terminalına sahib olan “GNT Group” və “Olimpex Coupe International” şirkətlərinin aktivlərinə Böyük Britaniyada həbs qoyulub. Reyting.az UNIAN-a istinadla xəbər verir ki, bu qərarı İngiltərə Ali Məhkəməsi qəbul edib.

Məlumata görə, “GNT Group” və “Olimpex Coupe International” şirkətlərinin sahibləri Sergey Qroza və Vladimir Naumenkonun aktivlərinə həbs qoyulması haqqında sərəncam 2023-cü il yanvarın 14-də verilib. Beləliklə, məhkəmə “GNT Group” kreditorlarının - Amerika investisiya şirkətləri “Innovatus Capital Partners” (Innovatus) və “Argentem Creek Partners”in (ACP) iddialarını təmin edib.

Sahibkarların aktivlərinin dəyəri 118 milyon dollar qiymətləndirilir.

Bildirilir ki, “GNT Group” kreditor şirkətlərin razılığı olmadan “İnnovatus”a girov qoyduğu bütün taxılı ləğv edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər