Bosforda 75 gəmi tıxaca düşüb...
Tarix: 17-01-2023 09:45 | Bölmə: Dünya
Bosforda 75 gəmi tıxaca düşüb...

Bosforda 75 gəmi tıxacda qalıb. Buna səbəb Ukrayna gəmisinin İstanbul boğazının ortasında dibə çökməsidir.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul (Bosfor) boğazı vasitəsilə cənubdan şimala keçidə icazə gözləyən gəmilərin növbəsi Mərmərə dənizinin sahili boyu on kilometrlərlə uzanıb.

Türkiyə sahil mühafizə Baş idarəsinin verdiyi məlumata görə, Ukraynadan yola çıxan “MKK-1” gəmisi dünən səhər İstanbul boğazında dibə çöküb. Beş saata yaxın davam edən əməliyyatın ardından quru yük daşıyan gəmi yedəyə götürülərək, sahilə çəkilib. Bu müddət ərzində hər iki istiqamətdə hərəkət edən gəmilərin tıxacı əmələ gəlib.

Son məlumata görə, bu gecə boğazda hərəkət şimaldan cənub istiqamətinə qismən bərpa olunub. Amma hələlik gəmilərin cənubdan şimala hərəkətinə qoyulan qadağa davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}