Rus komandir ukraynalıların əsir düşməyindən danışıb
Tarix: 17-01-2023 10:23 | Bölmə: Dünya
Rus komandir ukraynalıların əsir düşməyindən danışıb

Rusiya Silahlı Qüvvələri tank taqımının komandiri könüllü surətdə onlara təslim olan ukraynalı hərbçilər barədə açıqlama verib.

Reyting.az
bildirir ki, bu barədə məlumat yayan “РИА Новости” agentliyi həmin komandirin adını açıqlamasa da, onun sözlərini verib:

“Son vaxtlar cənub istiqamətində ukraynalı əsgərlərin könüllü surətdə əsir düşməsi halları qeydə alınır. Beş nəfər bizim mövqelərimizə yaxınlaşdı. Əvvəl elə bildik onlar hücuma keçirlər, amma az sonra ukraynalılar əllərini yuxarı qaldırdı”.

Agentliyə həmsöhbət olan taqım komandiri belə halların Zaporojes istiqamətində tez-tez baş verdiyini bildirib. O, həmçinin əlavə edib ki, bu istiqamətdəki ön mövqelərdə Ukrayna tərəfi daha çox ərazinin müdafiəsinə üstünlük verir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}