"Ölkəmdə türk də, kürd də istəmirəm" deyən partiya sədri həddini aşıb: "Quranı yandırın!"
Tarix: 18-01-2023 16:18 | Bölmə: Dünya
"Ölkəmdə türk də, kürd də istəmirəm" deyən partiya sədri həddini aşıb: "Quranı yandırın!"

İsveçdə Türkiyəyə qarşı düşmənçilik hissləri artır.

Reyting.az
-ın xəbərinə görə, NATO-ya daxil olmalarına Türkiyənin maneçilik törətməsi İsveçdə türk-müsəlman toplumuna qarşı aqressivliyə təkan verib.

Bu dəfə isə İsveçin irqçi partiya sədri Rasmus Paludan Türkiyəyə, ümumyyətlə, müsəlmanlara qarşı sərt ifadələr işlədib.

O, xalqı Türkiyə səfirliyinin önünə Quranı yandırmağa çağırıb: "Mən, ümumiyyətlə, ölkəmdə türk də, kürd də istəmirəm. Hər ikisi də müsəlmandır, buna görə qəti istəmirəm. Türklər Türkiyədə yaşayacaq...".

Xatırladaq ki, Paludan, 2017-ci ildən bu yana Danimarka və İsveçdə Quran kitablarını yandırmaqla tanınır.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər