Ukraynaya “Stinger” və hərbi helikopterlər göndəriblər
Tarix: 18-01-2023 20:18 | Bölmə: Dünya
Ukraynaya “Stinger” və hərbi helikopterlər göndəriblər

Latviya Ukraynaya növbəti hərbi yardımını göndərib. Yeni yardım paketinə “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və pilotsuz təyyarələr daxildir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna və Latviya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, bir gün əvvəl Latviyanın müdafiə naziri İnara Murniece həmkarı Aleksey Reznikovla görüşmək üçün Ukraynaya səfər edib.

Latviyanın müdafiə naziri işgüzar səfərindən sonra deyib ki, ukraynalı həmkarı ilə söhbət zamanı Latviya hökumətinin və xalqının bu dəhşətli müharibədə Ukraynaya sarsılmaz dəstəyini bir daha ifadə edib.

İ. Murniece bildirib ki, yaxın gələcəkdə Ukraynaya yeni hərbi yardım göndərəcəklər. Yardım “Stinger” kompleksləri, helikopterlər, pulemyotlar və pilotsuz uçuş aparatlarından ibarət olacaq.

Nazir əlavə edib ki, Latviya bu il müxtəlif səviyyələrdə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməyi də davam etdirəcək.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}