Daha bir rusiyalı Amerikada həbs olunub
Tarix: 19-01-2023 09:35 | Bölmə: Dünya
Daha bir rusiyalı Amerikada həbs olunub

Moskva iddia edir ki, ABŞ hakimiyyəti Rusiya vətəndaşının Floridada həbsi barədə səfirliyə məlumat verməyib...

Reyting.az
xəbər verir ki, hadisə ilə bağlı Rusiyanın Vaşinqtondakı səfiriliyinin konsulluq şöbəsinin müdiri Nadejda Şumova TASS-a danışıb:

“Rusiyalı Aleksey Leqkodımovun Florida ştatında həbs olunması ilə bağlı ABŞ hakimiyyəti səfirliyə məlumat verməyib. Hazırda konsulluq tərəfindən həbsdə olan vətəndaşımıza zəruri hüquqi yardım göstərilməsi üçün addımlar atılır. Bu məqsədlə müvafiq qurumlara Leqkodımovun yerini dəqiqləşdirmək üçün sorğu verilib”.

Qeyd edək ki, təxminən bir ay bundan əvvəl Rusiya vətəndaşı Vadim Konoşenko ABŞ-ın sorğusu əsasında Estoniyada həbs olunmuşdu. Həbsin səbəbi kimi rusiyalının, sanksiyanı nəzərə almadan, hərbi xarakterli və ikili təyinatlı məhsulları əldə etməkdə şübhəli bilinməsidir. Tallinə həbs sorğusunu Birləşmiş Ştatların Ədliyyə Nazirliyi göndərmişdi.

Sənan




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər