Almaniya Ukrayna ilə bağlı şərtini açıqlayıb
Tarix: 19-01-2023 14:26 | Bölmə: Dünya
Almaniya Ukrayna ilə bağlı şərtini açıqlayıb

Almaniya Ukraynaya “Leopard” tankları vermək üçün şərtini açıqlayıb. Reyting.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, adının çəkilməsini istəməyən almaniyalı bir məmur deyib ki, ölkəsinin Ukraynaya tank göndərməsi üçün ABŞ da öz tanklarını həmin ölkəyə göndərməlidir.

Almaniya hökumətindəki mənbə bildirib ki, ABŞ Ukraynaya tank göndərmək qərarı verərsə, Almaniya da öz istehsalı olan “Leopard” döyüş tanklarını Ukraynaya göndərəcək.

Qeyd olunur ki, NATO ölkələri işğalçı Rusiya qüvvələrinə qarşı mübarizə aparan Ukraynaya hərbi yardım göndərmək üçün koordinasiyalı addımlar ata bilmir.

Adının açıqlanmasını istəməyən Almaniya hökumətindəki mənbə əlavə edib ki, baş nazir Olaf Şolz son günlər bağlı qapılar arxasında keçirdiyi görüşlərdə bir neçə dəfə ABŞ-ın öz tanklarını Ukraynaya göndərməli olduğunu bildirib.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər