16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Patriarx Kirill: “Rusiyanı məhv etmək istəyi dünyanın sonu deməkdir”
Tarix: 19-01-2023 18:24 | Bölmə: Dünya
Patriarx Kirill: “Rusiyanı məhv etmək istəyi dünyanın sonu deməkdir”

Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq. Reyting.az xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill bildirib.

Rus Pravoslav Kilsəsinin rəhbəri xütbəsində deyib ki, Rusiyanı, onun hakimiyyətini, prezidentini və ordusunu Uca Yaradanın tərk etməyəcəyinə inanır.

Patriarx Kirillin sözlərinə görə, bu gün dünyaya, Rusiyaya və bütün bəşəriyyətə çox böyük təhlükə yaranıb.

Onun fikrincə, bəzi çılğın adamlar belə bir fikirə sahibdirlər ki, güclü silahlara malik olan, nəsildən-nəslə qalib gəlməyə həvəsli olan, heç vaxt düşmənə təslim olmayan, çox güclü insanların məskunlaşdığı Rusiyanı indiki şəraitdə ya məğlub edə, ya da yenidən formatlaşdıra, dəyər adlandırmaq belə mümkün olmayan müəyyən dəyərləri sırıya bilərlər ki, Rusiya da digərləri kimi olsun və sahiblərinə itaət etsin. Amma o, Rusiyanın simasında bunu mümkünsüz sayır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}