Filippin ABŞ hərbçilərini adalara buraxmır
Tarix: 19-01-2023 19:26 | Bölmə: Dünya
Filippin ABŞ hərbçilərini adalara buraxmır

Filippin prezidenti kiçik-Markos amerikalı hərbçilərin adadakı keçmiş hərbi bazalarına qayıtmasını qadağan edib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Davos İqtisadi Forumunda bu barədə jurnalistlərin suallarına cavab verərkən Filippin prezidenti amerikalı hərbçilərin adalardakı keçmiş hərbi-dəniz bazalarına qayıtmalarına imkan verilməyəcəyini bildirib. Bu zaman Filippin lideri arxipelaqın ərazisində istənilən əcnəbi hərbi kontingentin yerləşməsini istisna edən ölkə konstitusiyasına söykəndiyini deyib.

Qeyd edək ki, 2022-ci ilin mayında Filippin Silahlı Qüvvələri ABŞ-ın Subik-Beydəki keçmiş hərbi-dəniz bazasının istismarını bərpa edib. Buna səbəb kimi Çin tərəfindən hücum təhlükəsinin olduğu göstərilir.

Məlumatda o da vurğulanır ki, hələ 1992-ci ildə amerikalı hərbçilər bazanı tərk etdikdən sonra, Filippin hökuməti adanı azad limana çevirdiyini bildirmişdi.

Elçin
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər