İordaniya da ABŞ-dan “F-16”-lar alır
Tarix: 20-01-2023 09:27 | Bölmə: Dünya
İordaniya da ABŞ-dan “F-16”-lar alır

Rəsmi Amman Birləşmiş Ştatlar hökuməti ilə ilkin mərhələdə 12 ədəb “F-16” qırıcı təyyarəsinin satın alınması ilə bağlı razılaşma imzalayıb.

Reyting.az
yerli “El-Memleke” televiziya kanalına istinadla xəbər verir ki, bununla bağlı İordaniya Silahlı Qüvvələri Baş qərargah rəisinin müavini general Abdullah Şədifat və Hərbi Hava Qüvvələrinin komandanı Muhammed Fethi Hiyasət ilə ABŞ-ın Ammandakı səfirinin müavini Rohit Nepalın iştirakı ilə imzalanma mərasimi düzənlənib.

Razılaşmaya əsasən, ABŞ və İordaniya arasında hərbi əməkdaşlığın və birgə əməliyyatların artırılması, terrorla mübarizənin gücləndirilməsi və bölgədə sabitliyin bundan sonra da qorunub saxlanması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}