Dehli: “Pakistanla qonşulara yaraşan münasibət istəyirik”
Tarix: 20-01-2023 09:48 | Bölmə: Dünya
Dehli: “Pakistanla qonşulara yaraşan münasibət istəyirik”

Hindistan rəhbərliyi Pakistanla danışıqlara başlamaqdan ötrü əlverişli şəraitin yetişməsini gözlədiyini açıqlayıb.

Reyting.az
Hindistanın rəsmi mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi həftəlik mətbuat konfransında Pakistan baş nazirinin məsələlərin həlli üçün müzakirələr aparmaq çağırışını şərh edərkən söyləyib:

“İslamabadla danışıqlara başlamaq, qonşulara yaraşan münasibət qurmaqdan ötrü terrordan, zorakılıqdan və düşmənçilikdən təmizlənmiş, əlverişli bir şəraitə ehtiyac var”.

Qeyd edək ki, Pakistan baş naziri Şahbaz Şərif bu günlərdə “Əl Arabiya” telekanalına müsahibəsində Hindistan baş naziri Narendra Modiyə iki qonşu ölkə arasında, Kəşmir problemi daxil olmaqla, bütün məsələlərin dinc yolla həlli üçün ciddi və səmimi şəkildə birgə müzakirələr aparmaq çağırışını edib.

P.S. Oxuculara xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan birtərəfli qaydada Cammu Kəşmirin xüsusi statusunu aradan qaldıraraq, bu əyalətin Dehliyə bağlı iki birlik torpağına bölünməsinə qərar verib. Buna cavab olaraq rəsmi İslamabad bu ölkə ilə dipomatik münasibətlərini ən aşağı səviyyəyə endirib, Dehlinin məlum qərarından sonra Hindistanın ölkəsindəki səfirini “persona-non qrata” edib, özü isə Dehliyə yeni səfirini göndərməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər