ABŞ-da son sutkada ikinci atışma olub
Tarix: 23-01-2023 09:14 | Bölmə: Dünya
ABŞ-da son sutkada ikinci atışma olub

Luizianadakı gecə klubunda baş vermiş silahlı insident zamanı 12 nəfər yaralanıb.

Reyting.az
“ABC News”-a istinadla bildirir ki, hadisə Birləşmiş Ştatların Luiziana ştatının Baton-Ruj şəhərindəki “Dior Bar & Lounge” gecə klubunda baş verib.

Baton-Ruj şəhər polis idarəsinin rəisi Merfi Polun verdiyi açıqlamaya görə atışma nəticəsində 12 nəfər xəsarət alıb, onlaran birinin vəziyyəti ağırdır. Amma rəis odlu silahdan atəş açanların sayı barədə heç nə demək istəməyib. Hazırda cinayətkarların axtarışı davam edir.

Telekanal bildirib ki, bu, son sutka ərzində ABŞ-da ikinci silahlı atışma hadisəsidir. Bir gün əvvəl Los-Anjelesdə naməlum şəxsin açdığı atəş nəticəsində 10 nəfər həlak olub, 16-sı isə yaralanıb.

“Gun Violence Archive” vətəndaş cəmiyyəti təşkilatı 2023-cü ilin əvvəlindən ABŞ-ın 17 ştatında 30 kütləvi atışma hadisəsinin baş verdiyini açıqlayıb. Yaralananların ümumi sayı hələ dəqiqləşdirilməyib.

Son məlumatlara görə, bir gün əvvəl Kaliforniyadakı atışmada şübhəli bilinən cinayətkarın şəxsiyyəti müəyyən edilib. Ştatın hüquq-mühafizə orqanlarının son saatlar yaydığı məlumatda bu şəxsin 72 yaşlı Xu Kan Tran olduğu bildirilir.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}