Təmas qrupunun üzvləri Ukrayna üçün yenidən toplaşacaq
Tarix: 23-01-2023 13:42 | Bölmə: Dünya
Təmas qrupunun üzvləri Ukrayna üçün yenidən toplaşacaq
A. Reznikov

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası tezliklə keçiriləcək. Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Twitter” səhifəsində yazıb.

A. Reznikov qeyd edib ki, Ukraynaya inam yüksəlir və bu inamla yanaşı, yardımların həcmi də artır:

"Hər görüşdə tərəfdaşlarımızın Ukraynaya inamının necə artdığını görürəm. Bütün bunlar əsgərlərimizin və nümayəndələrimizin gərgin əməyi sayəsindədir”.

Müdafiə naziri bildirib ki, daha çox inam daha çox silah deməkdir.

Reznikov əlavə edib ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası fevralda keçiriləcək.

Onu da qeyd edək ki, Təmas Qrupunun iclası yanvarın 20-də baş tutub. Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Təmas Qrupunun toplantısında Ukrayna üçün əhəmiyyətli yeni “döyüş imkanları” paketi elan edilib.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər