Ərdoğan 3 saat 30 dəqiqə çəkən iclasından sonra açıqlama verib: "Bu günü böyük bir fürsətə çevirəcəyik"
Tarix: 23-01-2023 20:01 | Bölmə: Dünya
Ərdoğan 3 saat 30 dəqiqə çəkən iclasından sonra açıqlama verib: "Bu günü böyük bir fürsətə çevirəcəyik"

Bu gün hökumətin 3 saat 30 dəqiqə çəkən iclasından sonra Türkiyə prezidenti Ərdoğan brifinq keçirib.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, brifinqdə seçkidən danışan Ərdoğan mayın 14-ü tarixinin ən ideal gün olduğunu deyib:

"Ətraflı müzakirələrdən sonra 14 may tarixinin ən uyğun olduğu qənaətinə gəldik. Ölkəmizi bu tarixdə seçkiyə gətirmək istəyirik. Ana yasaya görə, 3/5 səs çoxluğu ilə bu tarixi parlament təsdiq edərsə, yaxşı olar. Əks halda, prezident olaraq seçkinin 14 mayda keçirilməsinə sərəncam verərik".

Ərdoğan deyib ki, bu seçki Türkiyə tarixinin ən mühüm seçkisi olacaq və bu günü böyük bir fürsətə çevirəcəklər.

Elxan




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər