Ukraynaya “Leopard 2” tanklarının ixracına qadağa qoyulmayacaq
Tarix: 23-01-2023 23:43 | Bölmə: Dünya
Ukraynaya “Leopard 2” tanklarının ixracına qadağa qoyulmayacaq

Almaniya Avropa İttifaqına üzv olan digər ölkələrin Ukraynaya “Leopard 2” (Almaniya istehsalıdır-red.) tankları göndərməsinə mane olmayacaq.

Reyting.az
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ Şurasının üzv ölkələrin xarici işlər nazirlərinin iclasının yekunlarına dair brifinqdə bildirib.

Cozep Borrell Almaniyanın xarici işlər naziri Annalena Berbokdan sitat da gətirərək deyib ki, Almaniya digər ölkələrin bunu etməsinə mane olmur.

Ali nümayəndəsi diqqətə çatdırıb ki, bu gün Aİ Şurasında bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb, lakin koordinasiya işləri Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasları çərçivəsində davam etdirilir.

Borrell qeyd edib ki, tank mövzusu vacibdir, lakin bir çox başqa vasitələrlə Ukraynaya hərbi dəstəyi artırmaq üçün təmas qrupunun son görüşündə götürülmüş bütün öhdəlikləri nəzərə almaq lazımdır.

Avropa İttifaqının nümayəndəsi bildirib ki, bu tanklara sahib olan Aİ-yə üzv ölkələr onu Ukraynaya göndərmək istəsələr, Almaniya bu ixraca qadağa qoymayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər