16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Berlin hava limanı tətilə bağlanır
Tarix: 24-01-2023 09:54 | Bölmə: Dünya
Berlin hava limanı tətilə bağlanır

Yerli həmkarlar təşkilatı bəyan edib ki, sabah Berlin hava limanının fəaliyyəti tamamilə iflic vəziyyətinə düşəcək.

Reyting.az
“Handelsblatt” portalına istinadla xəbər verir ki, Verdi həmkarlar təşkilatı Berlin-Brandenburq hava limanında birgünlük xəbərdarlıqedici tətilin keçiriləcəyini bəyan edib.

Təşkilatın və hava limanının operator-şirkətinin yaydığı məlumatda qeyd olunur ki, çərşənbə günü Almaniya paytaxtının ən böyük hava limanında bütün sərnişin reysləri təxirə salınacaq, bu isə təxminən 35 min sərnişinin ləngiməsi deməkdir.

Tətil qərarını qəbul edən Verdi Həmkarlar Təşkilatı bununla Berlinin hava nəqliyyatında güc nümayiş etdirdiyini, liman işçilərinin əmək haqlarının artırılmasını və əmək müqavilələrinin müddətinin 12 ay müəyyən edilməsini tələb edir.

Verdi-nin açıqlamasına görə, əməkhaqqı ilə bağlı danışıqlar Berlin-Brandenburq hava limanının 6 min əməkdaşının marağına toxunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}