Özünü siyasətçi sayan dini ekstremist ultimatumla danışır
Tarix: 27-01-2023 09:03 | Bölmə: Dünya
Özünü siyasətçi sayan dini ekstremist ultimatumla danışır

“İsveç NATO-ya qəbul olunana qədər Quranı yandırmaqda davam edəcəm”.

Reyting.az
xarici elektron resurslara istinadla xəbər verir ki, yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Qurani-Kərimi yandıran danimarka əsilli siyasətçi Rasmus Paludan Ankaranı yeni, oxşar aksiyalarla hədələyib.

Fəaliyyəti siyasətdən daha çox dini ekstremizmi xatırladan Paludan bəyan edib ki, nə qədər ki, İsveç NATO üzvlüyünə qəbul olunmayıb, o, bu cür aksiyaları davam etdirəcək: “Hər şey İsveçi Şimali Atlantika hərbi alyansına “buraxmaq istəməyən” Türkiyədən asılıdır”.

Psevdosiyasətçinin sözlərinə görə, Ankara İsveçin NATO-ya qoşulmasına xeyir-dua verən kimi, “həyatında bir də heç vaxt Quranı yandırmayacaq”.

Oxuculara onu da xatırladaq ki, 21 yanvar aksiyası İsveçin yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq, polisin nəzarəti altında həyata keçirilib. Dünya müsəlmanlarının bu vandalizm aktına qəti etirazlarından sonra baş nazir Ulf Kristersson Paludanın bu hərəkətini sadəcə “müsəlmanlara qarşı hörmətsilik” kimi qiymətləndirib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər