Ərdoğanın partiyasından "6-lı Masa"ya etiraz: "Boyat taktikadan əl çəkin, namizədinizi açıqlayın"
Tarix: 27-01-2023 10:35 | Bölmə: Dünya
Ərdoğanın partiyasından "6-lı Masa"ya etiraz: "Boyat taktikadan əl çəkin, namizədinizi açıqlayın"

Dünən "6-lı Masa"nın 9 saat çəkən toplantısından sonra yayılan birgə bəyanatda yer alan "Ərdoğan 3-cü dəfə prezidentliyə namizəd ola bilməz" mesaja iqtidar partiyasından etiraz var.

Reyting.az
xəbər verir ki, AK Partiyanın parlamentdəki qrup başqanı Bülent Turan müxaliflərin ittifaqının bəyanatını yersiz sayıb: "Seçiciləriniz sizdən vahid namizəd gözləyir. Boyat iddia və taktikaları buraxın, ehtiyacınız varsa, YSK-ya (MSK) gedin, orada mövzunu mübahisələndirin. Əsas siz namizədinizi çıxarın, elə çıxın qarşımıza".

Xatırladaq ki, "6-lı Masa"nın "Yetər, söz millətindir" başlıqlı bəyanatında vahid namizədin növbəti görüşdə - fevralın 13-də elan ediləcəyi bildirilib.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər