KXDR Vaşinqtonu hədələyir
Tarix: 02-02-2023 09:01 | Bölmə: Dünya
KXDR Vaşinqtonu hədələyir

Şimali Koreya Vaşinqtonun istənilən hərbi əməliyyatına “ən kəskin cavabı” verməyə hazır olduğunu açıqlayıb. Reyting.az xarici media resurslarına istinadla xəbər verir ki, belə bir bəyanatla KXDR XİN-nin rəsmi nümayəndəsi çıxış edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Pentaqonun şefi Lloyd Ostin bildirmişdi ki, Amerika KXDR-in təcavüzünə qarşı çıxacağı, bundan ötrü hətta nüvə silahından istifadə edəcəyi barədə verdiyi vədi yerinə yetirməyə hazırdır. Lloyd sözlərini bununla izah etmişdi ki, keçən il Şimali Koreya “ağlagəlməz sayda” təxribatları həyata keçirib. Bunun ardınca isə “Renxen” informasiya agentliyi məlumat yaymışdı ki, Vaşinqton və Seul birgə hərbi hava təlimləri keçirib və həmin təlimlərdə ABŞ Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr də iştirak edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}