Avropa ölkələri Türkiyədə nə etmək istəyir? - Səfirlər XİN-ə çağırılıb
Tarix: 02-02-2023 18:37 | Bölmə: Dünya
Avropa ölkələri Türkiyədə nə etmək istəyir? - Səfirlər XİN-ə çağırılıb

Hollandiya, İngiltərə, Almaniya, İsveçrə, Belçika və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Reyting.az
xəbər verir ki, buna səbəb həmin ölkələrin İsveçdə Quran kitabının yandırılmasını bəhanə edərək, İstanbuldakı konsulluqlarını bağlamalarıdır. Həmin ölkələrin səfirləri iddia edir ki, guya Türkiyədəki diplomatik korpuslara terror təhlükəsi var.

Türkiyə XİN isə bu addımların təxribat xarakerli həyəcan yaratmağa xidmət etdiyini vurğulayaraq, səfirlərdən izahat tələb edir.

Bu faktı nazir Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında təsdiqləyib.

O, Avropa ölkələrinin bu addımlarını qəbulolunmaz sayır.

Nazir sabah Norveçdə Quran kitabının yandırılması barədə anonsa da toxunub. Deyib ki, Türkiyənin müdaxiləsi ilə bu xoşagəlməz olayın qarşısı alınacaq.

Yeri gəlmişkən, bu gün Türkiyə daxili işlər naziri Süleyman Soylu konsulluqların ard-arda bağlanmasını Türkiyəyə qarşı psixoloji savaş elanı kimi dəyərləndirib.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər