ABŞ-ın hərbi-dəniz bazasının komandanı qaradərili qadın olacaq
Tarix: 03-02-2023 09:33 | Bölmə: Dünya
ABŞ-ın hərbi-dəniz bazasının komandanı qaradərili qadın olacaq

Kapitan Canet Deys “Norfolk” Atlantik hərbi-dəniz donanmasına başçılıq edəcək.

Reyting.az
“Stars and Stripes”-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Atlantik okeanın sahilində, Virciniya ştatının Norfolk liman şəhərindəki hərbi-dəniz bazasının 106 illik tarixində ilk dəfə qaradərili qadın - kapitan Canet Deys komandan təyin olunub.

Nəşrin məlumatına görə, “Norfolk”da komandanlığın dəyişməsi mərasimi bu gün baş tutacaq. Deys bu postda kapitan Devid Disi əvəzləyəcək. Axırıncı öz üzərinə Amerikanın Orta-Atlantik regionundakı hərbi-dəniz qüvvələrinin qərargah rəisi vəzifəsini götürəcək.

Kapitan Deys iki ilə yaxın idi ki, “Norfolk”un icraçı direktoru postunda çalışırdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}