Zelenski: “Üçüncü Dünya Müharibəsi bu halda baş verə bilər...”
Tarix: 04-02-2023 08:54 | Bölmə: Dünya
Zelenski: “Üçüncü Dünya Müharibəsi bu halda baş verə bilər...”

Ukrayna lideri ölkəsinin Rusiya ilə savaşda məğlubiyyətinin yeni dünya müharibəsinə səbəb olacağını bəyan edib. Reyting.az xarici media resurslarına istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski özünün axşam telemüraciətində belə bir fərziyyə irəli sürüb.

Xalqa telemüraciətində “bizim məğlubiyyətimiz Üçüncü Dünya Müharibəsinə yol aça bilər”, - deyən Zelenski qeyd edib ki, hazırda cəbhədə vəziyyət çox mürəkkəbdir, Ukrayna Silahlı Qüvvələri xüsusilə Donesk vilayətində ağır döyüşlər aparır:

“Ukrayna Milli Təhlükəsizlik Şurası Rusiya təcavüzünün müttəfiqlərinə qarşı yeni məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib. Bununla bağlı müvafiq sərəncamlar artıq hazırdır və onlar tezliklə qüvvəyə minəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}