Diplomat xanım ABŞ prezidenti olmaq istəyir
Tarix: 14-02-2023 17:24 | Bölmə: Dünya
Diplomat xanım ABŞ prezidenti olmaq istəyir

Birləşmiş Ştatların BMT yanında sabiq daimi nümayəndəsi prezident postuna namizədliyini irəli sürməyə hazırlaşır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Nikki Xeyli 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bəyan edib.

Xanım Xeyli xalqa videomüraciətində deyib:

“Mən Nikki Xeyliyəm və prezidentliyə namizədliyimi irəli sürürəm”.

Əvvəllər Cənubi Karolina ştatının qubernatoru vəzifəsində də çalışmış Xeyli xalqa müraciətində onu da vurğulayıb ki, artıq hakimiyyətə “yeni nəslin” gəlməsi məqamı yetişib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər