"Leopard”ların ruslara hücumu başlayacaq
Tarix: 15-02-2023 22:20 | Bölmə: Dünya
"Leopard”ların ruslara hücumu başlayacaq

Almaniya istehsalı olan “Leopard 2” tanklarının Ukraynaya göndərilməsi üçün işlər tamamlanıb. Reyting.az xəbər verir ki, bu işlərə məsul olan Polşa Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Polşadan başqa daha dörd ölkə - Norveç (8 tank), Kanada (4 tank), İspaniya (4-6 tank) və Finlandiya bu məqsədlə yaradılmış "tank koalisiyası"na qoşulub.

Polşanın müdafiə naziri Blaşçak "Leopard 2A4" tank batalyonu ilə bağlı işlərin başa çatdığını təsdiqləyib.

Blaşçak diqqətə çatdırıb ki, Polşa hazırda Kanada və Norveçdən olan təlimatçıların iştirakı ilə Ukrayna ekipajlarına “Leopard 2” tanklarında təlimlər keçir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}