Pakistanda polis idarəsinə hücum: ölən və yaralılar var - İslamabad həyəcan təbili çalıb
Tarix: 20-02-2023 00:07 | Bölmə: Dünya
Pakistanda polis idarəsinə hücum: ölən və yaralılar var - İslamabad həyəcan təbili çalıb

Pakistanda polis idarəsinə silahlı basqın olub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Pakistanın Karaçi şəhərindəki polis idarəsinə silahlı hücumda 4 polis əməkdaşı öldürülüb, 18 nəfər yaralanıb.

Məlumata görə, hücum edənlər 8-10 nəfər olub, onlardan ikisi polislər tərəfindən zərərsizləşdrilib, 3 terrorçu isə ələ keçməmək üçün özlərini partladıb.

Bildirilir ki, terrorçular hücuma keçərkən əyinlərində polis forması olub: "Məhz bu, onların polis idarəsinə daha rahat yaxınlaşımasına və hücum həyata keçirməsinə imkan yaradıb".

Hadisə ilə bağlı açıqlama verən Pakistan daxili işlər naziri Rana Sanaullah yanvarın 30-da 102 nəfərin öldüyü məsciddəki terrordan sonra ölkədə terror təhlükəsinin hər keçən gün daha da artdığını deyib. O, əhali və dövlət qurumlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Xarici işlər naziri polis idarəsinə hücumu kəskin qınayıb.

Yerli qəzetlər isə polis idarəsinə hücumu Pakistandakı "Taliban" (TTP) qrupunun üzərinə götürdüyü yazıb.

Xatırladaq ki, Pakistan Əfqanıstanda hakimiyyətdə olan "Taliban" rejiminə bağlı olan TTP-ni rəsmən terror qrupu elan edib. "Taliban" rejimi isə bu qrupla hər hansı bağlılığını rədd edir.

E. ARAZ
Reyting.az






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər