Qazaxıstanda ikili vətəndaşlığa görə cəza sərtləşəcək
Tarix: 20-02-2023 16:35 | Bölmə: Dünya
Qazaxıstanda ikili vətəndaşlığa görə cəza sərtləşəcək

Qazaxıstanın qanunverici aktlarına ikinci dövlətin vətəndaşlığını qəsdən gizlətməyə görə məsuliyyət daha da sərtləşdiriləcək.

Reyting.az
yerli KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şuqıla Turlıbek bu gün keçirdiyi brifinqdə bildirib:

“Digər ölkələrə köçən Qazaxıstanın keçmiş vətəndaşları başqa dövlətin vətəndaşlığını qəbul edərkən sonradan çətinlikləri yaranmasın deyə, 30 sutka ərzində ölkəmizin oradakı konsulluğuna müraciət etməli, onlar vətəndaşlığın itirilməsi ilə bağlı qeydiyyata alınmalıdırlar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər