18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputat olmaq üçün istefa verdi, ancaq... - AKP valini "kursda saxladı"
Tarix: 10-04-2023 09:55 | Bölmə: Dünya
Deputat olmaq üçün istefa verdi, ancaq... - AKP valini "kursda saxladı"

Fevralın 6-da baş verən zəlzələdən sonra böyük dağıntılarla üzləşən Hatayda vali (icra başçısı) Rəhmi Doğanın deputat olmaq cəhdinin qarşısı kəsilib.

Reyting.az
xəbər verir ki, zəlzələdən az sonra "məmləkətim Sivasdan parlament seçkilərində namizəd olmaq üçün Hatay valiliyi vəzifəsindən istefa verirəm",- deyərək, vəzifədən gedən Rəhmi Doğanın adı AK Partiyanın YSK-ya (MSK) təqdim etdiyi deputatlığa namizəd siyahısında yer almayıb.

Məlumata görə, Ərdoğanın liderliyi altında namizəd olmaq üçün sənəd təqdim edənlərin hamısı dərindən araşdırılıb. Nəticədə istefa verən icra başçısı zəif namizəd kimi "kursda qalıb".

E. ARAZ





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər