18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Partiya sədri həmkarına "agent" damğası vurub: "Səni alman kəşfiyyatı yetişdirib"
Tarix: 13-04-2023 12:59 | Bölmə: Dünya
Partiya sədri həmkarına "agent" damğası vurub: "Səni alman kəşfiyyatı yetişdirib"

Cumhur İttifaqının üzvü olan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Dəstəçi qatıldığı canlı yayımda Türkiyə İşçi Partiyasının (TİP) lideri Erkan Başla bağlı sərt ittihamlar irəli sürüb.

Reyting.az
xəbər verir ki, o, TİP sədrini "agent" adlandırıb: "Adam TİTO qalığıdır, yəni Yuqoslaviyada TİTO rejimi var idi, kommunist rejim var idi. İndi Almaniyadan keçirsən, orada solçu təşkilatların qiyafəsində qarşımıza çıxır. Açığı, sən onların - alman kəşfiyyatının nəzarəti altında yetişmisən, bəlkə də elə səni Türkiyəyə alman kəşfiyyatı göndərib. Sənin əsl soyadın nədir: Jusovic. Burada hansı soyaddan istifadə edirsən? Başdan istifadə edirsən...".

Erkan Baş isə cavabında Dəstəçini ciddi adam və siyasətçi saymadığını bildirib: "Mən bu adamı ciddiyə almıram, amma burada məsələ mən deyiləm. Ölkəmizdə milyonlarla Yuqoslaviya mühaciri var, adam onları təhqir edir. Onlar Almaniyada doğulan milyonlarla işçi övladıdır. Sən onlara necə "agent" deyirsən? Bu, irqçilikdir. Qaldı mənim soyadıma, bunu dəqiqləşdirmək çətin deyil axı..."

Partiya sədrləri arasındakı qalmaqala "Sözcü" TV-nin "Ana Xəbər"inin aparıcısı Fatih Portakal da qatılıb.

O, BBP sədrini "topa tutaraq", onun fikirlərinin dağıdıcı olduğunu iddia edib:

"Bu adam guya siyasətlə məşğuldur. Əslində, Türkiyədə olan 2 milyondan çox bosniyalını təhqir edib. Görünür, Dəstəçinin çox zərərli bir başı var. Hamımıza zərər verəcək irqçi bir baş. Bizi parçalayacaq bir baş...

Mənə maraqlıdır: o, bu başla bosniyalılardan və cənab Başdan üzür istəyəcəkmi?".

Xatırladaq ki, bosniyalı dərnəklər BBP sədrindən açıqlamalarına görə üzrxahlıq tələb edirlər.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər