18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ konqresi Aİ-ni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
Tarix: 13-04-2023 15:31 | Bölmə: Dünya
ABŞ konqresi Aİ-ni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

ABŞ konqresi Avropa İttifaqını (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, parlamentarilər Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelə bu barədə məktub göndəriblər.

Məktubda İranın terrorizmin əsas sponsoru olduğu bildirilib.

Deputatlar həmçinin SEPAH-ın onilliklər ərzində Aİ ölkələrində vətəndaşlara qarşı sərbəst və açıq planlar qurduğunu qeyd ediblər(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər