18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qara dəniz üçün NATO-Rusiya qarşıdurması qızışır
Tarix: 13-04-2023 15:40 | Bölmə: Dünya
Qara dəniz üçün NATO-Rusiya qarşıdurması qızışır

“Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq”. Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kreml sözçüsünün NATO-ya qarşı sərt açıqlamasına səbəb rəsmi Kiyevin mövqeyidir.

“NATO üzvləri - Türkiyə, Bolqarıstan və Rumıniya, Ukrayna və Rusiyanın Qara dənizdəki ən böyük adı ilə birlikdə Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq”,- Peskov deyib.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba bu gün verdiyi açıqlamada NATO üzvlərinə müraciət edərək, Qara dənizdə daha böyük təhlükəsizlik rolunu öz üzərlərinə götürmələrini tələb edib.

Kuleba Rumıniyanın paytaxtı Buxarestdə keçirilən tədbirə videokonfrans vasitəsilə qatılıb. Kuleba, “Qara dəniz Avropanı sülhsevər və gələcəyə istiqamətli bir bölgə etmək üçün kritik əhəmiyyətə malikdir. Təəssüf ki, bu, həm də kimsə təhdidlərə məhəl qoymasa, hər şeyin nə qədər sürətlə inkişaf edə biləcəyini göstərir. İndi Qara dənizi Baltik dənizi kimi NATO dənizinə çevirməyin vaxtıdır”, - deyə o bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər