18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya Ukrayna şirkətinə 5 milyard dollar təzminat ödəyəcək
Tarix: 13-04-2023 18:21 | Bölmə: Dünya
Rusiya Ukrayna şirkətinə 5 milyard dollar təzminat ödəyəcək

Rusiya Ukraynanın “Naftoqaz” şirkətinin xeyrinə 5 milyard dollar təzminat ödəməlidir. Belə bir qərarı Haaqa Arbitraj Məhkəməsi verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə “Naftoqaz” QSC-nin İdarə Heyətinin sədri Aleksey Çernışev “Facebook”da bildirib.

A. Çernışev qeyd edib ki, 5 milyard dollar vəsait "Naftoqaz"ın işğal olunmuş Krımda itkiləri və itirilmiş əmlakına görə kompensasiyadır.

Məlumata görə, söhbət doqquz il əvvəl Ukrayna yarımadasının işğalı zamanı təcavüzkarın əsas hədəflərindən birinə çevrilmiş qaz yataqlarının işlənməsinə və digər strateji əhəmiyyətli infrastrukturun inkişafına yönəlmiş aktivlərin əvəzinin ödənilməsindən gedir.

“İnanıram ki, bu, Haaqa məhkəməsində ölkəmizin xeyrinə veriləcək sonuncu qərar deyil”, - A. Çernışev bildirib.

Arbitraj Məhkəməsinin qərarına görə, Rusiya Krımda aktivlərin qanunsuz ələ keçirilməsi nəticəsində dəyən itkiləri tam ödəməlidir.

Qeyd olunur ki, arbitraj qərarları icra mexanizmi vasitəsilə icra edilə bilər. Rusiya məhkəmə qərarını könüllü olaraq icra etməkdən imtina edərsə, 1958-ci il Nyu-York Konvensiyasına uyğun olaraq, “Naftoqaz” qərarın tanınması və icrasına icazə verilməsi prosesinə məhkəmə qərarının icrasına icazə verildiyi dövlətlərin ərazisində başlamaq hüququna malikdir. Çünki həmin ölkələrin ərazisində Rusiya Federasiyasının aktivləri yerləşir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər