18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ruslar hərbi xidmətə elektron çağırışı aktivləşdirib
Tarix: 17-04-2023 10:55 | Bölmə: Dünya
Ruslar hərbi xidmətə elektron çağırışı aktivləşdirib

Ukrayna ilə müharibəni davam etdirən Rusiyada “Elektron mesajla hərbi çağırış haqqında” qanun prezident Vladimir Putin tərəfindən imzalanaraq qüvvəyə minib.

Reyting.az
xəbər verir ki, Rusiyada 18-50 yaş arası kişilər “Elektron hökumət”ə bənzər sistem vasitəsilə istənilən vaxt hərbi xidmətə gəlməlidirlər.

Təxminən 35 milyon Rusiya vətəndaşını əhatə edən yeni hərbi qanuna əməl etməyənlər bir sıra hüquqlardan məhrum ediləcək, xüsusən də ölkədən çıxış qadağası ilə üzləşəcəklər.

Çağırış vərəqəsi göndərilən şəxsin “görməmişəm, internetdən istifadə etmirəm”,- deməyə haqqı yoxdur. Çağırış vərəqəsinin göndərildiyi gündən 7 gün ərzində hərbi xidmətə təslim olmayanlar Rusiyanı tərk edə bilməyəcəklər. Onun yeni işə başlaması, daşınmaz əmlak alqı-satqısı, banklardan kredit götürməsi və avtomobil sürməsi də qadağandır.

Yeni qanun Rusiyada ötən il elan edilmiş qismən səfərbərliyin nəticələrindən sonra ortaya çıxıb.

Qeyd edək ki, səfərbərlikdə böyük fasilələr yaranıb, çünki köhnə qaydaya görə hərbi komissarlıqlar hər kəsə şəxsən yazılı çağırış göndərməli idi. Amma nəticədə çağırış vərəqəsini almadıqlarını deyən on minlərlə gənc ölkədən qaçıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər